DigitalGoogle AdsSMM

Rəqəmsal Marketinqin gücünü göstərən  7 sübut

SMM Sosyal Media Dizayn FAcebook İnstagram markerinq digital marketinq, marketing, SEM, sosyam medya

Rəqəmsal Marketinqin gücünü göstərən  7 sübut

21-ci əsrin ortalarına gedən yolda internet əsrinin ən qızğın dövründəyik. Əvvəllər sektorun lideri ənənəvi media idi. Artıq zaman ötdükcə rəqəmsal marketinq  ənənəvi marketinq qədər trend hətta zəruri olmuşdur. Bəzi ölkələrdə isə Rəqəmsal Marketinq ənənəvi marketinqi üstələmişdir.

Rəqəmsal marketinq kimi vacib bir sektorun ölkəmizdə tutduğu yer təəssüf ki, zəifdir. Bununla belə çox dəyərli həkimlərimiz isə Rəqəmsal merketinqdən sanki bir az daha uzaq durmaqdadırlar. Aparılan müşahidələr göstərir ki, həkimlər əsasən rəqəmsal marketinqin qollarından biri olan Sosial Media Marketinqinə (SMM) daha çox maraq göstərir və kifayətlənirlər. Ancaq çox zaman da  bu rəqəmsal marketinq fəaliyyətləri (SMM) də təkcə paylaşım etməkdən ibarət olur.

Halbu ki, SMM ilə yanaşı sayt açıb, google reklamlarından faydalanıb, remarketinq alətlərindən də istifadə edərək geniş bir pasiyent kütləsinə sahib ola bilər və gəlirlərini artıra bilərlər.  Bu baxımdan Rəqəmsal Marketinqin gücü danılmazdır.

Odur ki, Digital Marketinqin gücünü  bilməniz üçün sizə mühüm 7 sübutu təqdim edirik.

    1. Statistikalar

  • Aparılan araşdırmalara görə dünya əhalisinin 57% -i internetdən istifadə edir. Yəni 4.388 milyard internet istifadəçisi var.
  • İnternetdəki istifadəçilərinin 92% -i video izləmə saytlarından istifadə edirlər. Onların 58% -i internet üzərindən televiziya proqramlarına baxırlar.
  • İnternetdə ümumi əhalinin 45% -i, yəni 3,484 milyard sosial şəbəkə istifadəçisi var.

     2. Hədəf auditoriyası

Rəqəmsal marketinq fəaliyyətinizdə hədəf auditoriyanızın davranışlarına uyğun kampaniyalar edə bilərsiniz. Belə ki, demoqrafik məlumatlar, maraq dairələri və yaş qrupu kimi bir çox amillər bura daxildir.  Düzgün strategiya və faydalı kontent ilə  reklamlarınız çatması gərəkən şəxslərə çata bilir.

     3. Xərclər

Ənənəvi marketinqdə ortaya qoyulan maliyyə ilə necə  nəticələrin əldə ediləcəyi tam məlum deyildir. Ancaq rəqəmsal marketinqdə istəsəniz əldə etdiyiniz hər bir müştəri başına ödəniş edə bilərsiniz. Bəli, İnternet üzərindən xidməti təklif etsəniz, klik başına qiymət seçimindən istifadə edə bilərsiniz. Doğru auditoriya seçimi ilə xərcləri daha da azaldıb və spesifik hala gətirə bilərsiniz.

      4. İnvestisiya

Edilən investisiyalar göz qamaşdırır.

  • İnternet Reklam İnvestisiya Hesabatına görə 2018-ci ildə rəqəmsal reklam xərcləri dünya miqyasında 49,5 milyard dollara yüksəldi.
  • Dijital Reklamların 63 % -i mobil reklamlar təşkil edir.
  • İngiltərə turizm sektoru tərəfindən edilən bir açıqlama ilə 2018-ci ildə elektron ticarətə 42.4 milyard dollar xərcləndi.

      5. Geri dönüşüm ( Conversion)

Digital Marketing ilə aparılan reklam kampaniyalarının geri dönüşümlərini izləyə bilərsiniz. Reklamlarınızı görən  insanların davranışlarını müəyyənləşdirə bilər, Reklamlarınıza neçə nəfər daxil olub, Neçə insan geri dönüş edib, Hansı kanal daha sərfəlidir kimi suallara cavab ala bilərsiniz. Beləliklə hədəf auditoriyanı asanlıqla təhlil edə bilər və reklam xərclərini tədricən azalda və optimallaşdıra  bilərsiniz.

———-

Həkimlərin Sosial Media ilə bağlı üzləşdikləri 6 çətinlik

 

      6.Remarketinq (Yenidən Hədəfləmə)

Əldə etdiyiniz e-poçt bazanız və mobil telefonlarla birbaşa müştərilərinizə çata bilərsiniz. Və həmçinin mövcud müştərilərinizdən əldə etdiyiniz  bu dəyərli data baza ilə (epoçt və telefon nömrələri) onlara ikinci bir məhsul və ya xidmətlərinizi təqdim edə bilərsiniz. Bu yeni müştəri qazanmaqdan daha asan və sərfəli olacaqdır. Remarketinq ilə  isə saytınıza daxil olub hər hansı bir araşdırma etmiş istifadəçiyə , başqa saytlarda müvafiq reklamlar göstərə bilərsiniz. Məsələn ayaqqabı axtarışı etdikdən sonra digər saytlarda siz ayaqqabı reklamları ilə rastlaşa bildiyiniz kimi.

      7. Kiçik rəqəmlərlə reklam

Kiçik rəqəmlərlə effektli digital  marketinq fəaliyyəti apara bilərsiniz. Ənənəvi marketinqdəki kimi yüksək reklam büdcələrinə ehtiyac yoxdur. İstəyirsinizsə, 20 AZN  ilə də rəqəmsal marketinqə addım ata bilərsiniz. İstər Google reklamlarında, istər Youtube, istərsə də Sosial Mediada  kiçik pullar ilə sponsorlu reklamlarıla pasiyentlərinizə səsinizi çatdıra bilərsiniz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *