DigitalYouTube

Koronavirus və YouTube strategiyanız

Posted

Koronavirus pandemiyası dövründə YouTube strategiyasını necə müəyyənləşdirməlisiniz?

Koronavirus pandemiyası dövründə YouTube məzmun strategiyanızı necə uyğunlaşdıracağınız barədə düşünürsünüz. YouTube strategiyası haqqında danışmazdan əvvəl, gəlin bir az istifadəçilərin bu dövrdə YouTubda nələr etdiklərinə bir göz ataq.

Səssiz Qalmayın.

Youtuber olsanız da, YouTube da aktiv məzmun çıxaran bir marka olsanız da, Koronavirus pandemiyası dövründə YouTube məzmun strategiyanızı necə adaptasiya edəcəyiniz barədə fikirləşirsiniz. Ağlınıza gələn ilk alternativ tamamilə səssiz qalmaq və bu müddət ərzində heç bir əlaqə yaratmamaqdır, amma bunun ən yaxşı alternativ olduğundan əminsinizmi? YouTube strategiyanız haqqında danışmazdan əvvəl bəzi istifadəçilərin bu dövrdə YouTube da nə etdiklərini nəzərdən keçirək.

2019-2020 ci il Koronavirus pandemiyası bildiyiniz kimi insanları evdə qalmağa məcbur etdi. Bu davranış dəyişikliyi  online media istifadəçilərində mənalı dəyişikliklərə yol açdı. Məsələn, YouTube da ən çox izlənilən videoların musiqi və əyləncə kateqoriyasında olması səbəbindən, YouTubenin ən çox əyləncə üçün ziyarət edildiyi bilgisinə  onsuz da sahibik. Ancaq son zamanlarda istifadəçilərin Koronavirus haqqında məlumat almaq üçün YouTube”a tez-tez müraciət etdiklərini görürük.    “Koronavirus” və “corona virusu görüntüləri” axtarışlarının son 90 gündə ilk 5-in içinə girdiyini və Koronavirus gündəminin trend başlıqların ən təpəsində yerləşdiyini müşahidə edirik.

Youtube “da Aktiv Olun

Bu analizlərə uyğun olaraq, Koronavirus və ya əlaqəli mövzular haqqında məzmun çıxarmaq və hədəf auditoriyanızın  bu sahədə maraqlandığı suallara cavablar təqdim etmək üçün çox doğru bir zamandır, çünki çatmaq istədiyiniz kəslər Koronavirusu YouTubedan soruşurlar və cavabları təqdim edən siz olsanız, elə o zaman qəlbləri qazanmış olarsınız . Niyə doğru vaxt deyirik? Yalnız axtarış həcminin yüksək olması səbəbiylə deyil, eyni zamanda mövzu ilə əlaqədar hələ kifayət qədər məzmun olmadığına görə. 

    Yaxşı, mənim markamın koronavirusla əlaqəsi yoxdur!” deyib və dediyinizi eşidər kimiyik. Bu, mütləq ilk ağla gələn haqlı bir fikirdir, ancaq bu barədə düşündükdən sonra həm markanızın dəyərlərini, həm də Koronavirus trendlərini təmsil edən ortaq kəsişmə sahəsini tapmaq o qədər də çətin olmayacaq.

Məsələn, əgər bir yemək kanalısınızsa, aşağıdakı mövzularda video məzmun ortaya qoymağınız çox məntiqli olacaq: “İmmunitet sistemini gücləndirən qidalar “Koronavirus ”,“ İmmuniteti artıran bitkilər ”,“ İmmunitet sisteminin gücləndirilməsi ”və s. 

Get Found Labın analizinə görə, YouTubda ən çox axtarılan ancaq çox az məzmun çıxarılmış olan 4 sorğu belədir:

corona

korona

corona pandemiyası

italyan corona

Ümid edirik ki sağlamlığınız yerindədir və bu pandemiyadan ən qısa müddətdə keçmiş zaman dilimində bəhs etməyə başlayacağıq. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *