Həkimlərin Sosial Media ilə bağlı üzləşdikləri 6 çətinlik
Tibbi marketinqin Sosial Media qanadında uğurlu olmaq heç də asan deyil. Fakt budur ki, həkimlər adətən oxşar çətinliklər ilə rastlaşırlar. Aşağıda tibb sektoru üzrəSosial Media ilə bağlı bir sıra çətinliklərin öhdəsindən gəlmək üçün mühüm məsləhətlər ilə tanış ola bilərsiniz.
- Pasiyentin şəxsi məlumatlarını aşkara vurmadan, uğurunuzu göstərmək- konfidensiallığı Qorumaq
Pasiyentlə bağlı uğur hekayənizi Sosial Mediada paylaşmaq peşəkarlığınızı təbliğ etmək üçün mükəmməl bir yoldur. Bu zaman pasiyentin fərdi məlumatlarını səhvən göstərmənizdən ehtiyatlanın. Əks təqdirdə, böyük bir problemlə üzləşə bilərsiniz.
Məlumatlı olmaq bu kimi hallardan qaçınmanın açarıdır, bu səbəblə də Pasiyent konfidensiallığının nələrdən ibarət olduğunu bilin – Adı və soyadı, ünvanı, müalicə aldığı tarix,onları müəyyənləşdirəcək İD nömrələri və kimliyini təhlükəyə ata biləcək digər bütün məlumatlar! Odur ki, sosial mediada pasiyentlə bağlı uğur hekayənizi paylaşarkən, paylaşımınızı 3 dəfə yoxlayın!
- Hədəf kütləyə (pasiyentlərə) çatmaq
Facebook postları səhifənizi bəyənənlərinin təxminən 6,4 faizinə çətır. Bu statistikaya əsasən, facebookda hesabları olan şirkətlərin 53 faizinin Sosial Media reklamlarından istifadə etmələrinə heç də təəccüblənmək lazım deyil.
Odur ki, Facebook reklamları və ya sponsor edilmiş postlar daha çox insana və dəqiq hədəf kütlənizə(pasiyentlərə) çatmağınızı təmin edəcəkdir. Sosial Media reklamları istənilən büdcə ilə qurula və yaxşı nəticə əldə edilə bilər. Statistikaya əsasən, düzgün qurulmuş reklam kampaniyasına təxminən müştərilərin (Pasiyentlərin) 65 faizi maraq göstərir və ya klik edirlər.
- Paylaşmaq üçün yaxşı məzmunun(kontentin) müəyyənləşdirilməsi
Sosial Media Marketinqi(SMM) Pasiyent bazanızı genişləndirmək üçün çox gözəl bir üsuldur, lakin agresiv bir yanaşma iszləyicilərinizin sizi tərk etmələrinə(unfollow) səbəb ola bilər. Ümumiyyətlə, məzmunun təxminən 80 faizi marifləndirici və ya maraqlı, 20 faizi isə reklam xarakterli olmalıdır.
Sosial Mediada ən yaxşı göstəricilərə malik kontentinizə gəldikdə isə, bu kontent müxtəlif iki auditoriyaya görə fərqlilik göstərə bilər. Başqa sözlə, bir auditoriyada çoxlu şərhlər, bəyənmələr, paylaşımlar alsa dəa, digərində bu göstəricilər zəif ola bilər.
Odur ki, hansı növ kontentlərin (yəni şəkil, video və s.), həmçinin hansı mövzuların daha çox effektiv olduğunu görmək üçün paylaşımlarınızı diqqətlə analiz edin. Bu sizə daha effektiv nəticələr əldə etməyinizə kömək edəcəkdir.
- Paylaşımlar üçün zaman tapmaq
Sosial medianın düzgün idarə edilməsi effektiv strategiyanın əsas tərkib hissəsidir. Nizamsız paylaşımlarla və nadir hallarda şərhlərə cavab verməklə nə xəstə bazanızı genişləndirə nə də onları cəlb edə bilməzsiniz.
Fakt olaraq, kiçik bizneslərin 52 faizi hər gün Sosial Mediada paylaşımlar edirlər. Odur ki, Sosial Media marketinq fəaliyyətiniz üçün paylaşım təqvimi hazırlayın, hər gün bu təqvimə nəzər salın və riayət edin.
Əlbətdə ki, daima məşğul bir həkim kimi, sosial media hesablarınızı effektiv idarə etmək üçün vaxtınız olmaya bilər. Belə bir vəziyyətdə, bu vəzifəni ya işçilərinizin bir üzvünə həvalə edin və ya kənar bir sosial media tərəfdaşı cəlb edin.
- Doğru sosial media platformalarının seçilməsi
Fərqli demoqrafiq göstəricilərə malik insanlar fərqli sosial şəbəkələrə doğru yönəlirlər – yəni Facebooka, Twitterə, İnstagrama və s. Hədəf kütlənizin (Pasiyentlərinizin) harada olduğunu anlamaq üçün vaxt ayırmasanız, tibbi marketinq səyləriniz və resurslarınız yanlış kütlələrə sərf edilə bilər. Bu həm zaman həm də maddi resursların itkisi olacaqdır.
Misal üçün, 18-29 yaş arasında olanların 64 faizi İnstaqramdadır, ancaq 30 ilə 49 yaşlı insanların yalnız 40 faizinin instagramda hesabı var. Sosial Media hesablarınızın müxtəlif platformalarda açılması sizə müxtəlif demoqrafik yaş qruplarında olan hədəf kütlələrinizə çatmağa fürsət verəcəkdir. Amma bəzən hədəf kütləniz hər platformada mövcud olmaya bilər. Bunun üçün A/B testlərlə hədəf kütlənizin mövcud olduğu platformları dəqiqləşdirməlisiniz.
- Pasiyentlərinizin sizin postları paylaşmasını təmin etmək
Sosial Media kontentiniz nə qədər çox paylaşılarsa, yeni pasiyentlərə çatma ehtimalınız da o qədər böyük olacaqdır. Ancaq izləyiciləriniz heç bir paylaşım etməzlərsə, bu zaman onlara öz şəbəkələri ilə paylaşmaqdan məmnun qalacaqları keyfiyyətli və cəlbedici kontentlər verin.
Çalışın hədəf kütlənizə maraqlı gələcək mövzularda paylaşımlar edin, qramatik səhvləri düzəltmək və düzgün yazı qaydalarına əməl edib-etmədiyinizi müəyyənləşdirmək üçün zaman ayırın, mövzuları etibarlı məmbələrdən əldə edib paylaşın.
Xəstələr sizinlə sosial mediada əlaqə qurmaq istəyirlər, amma sadəcə bir hesabın olması təcrübənizi təbliğ etmək üçün kifayət deyil. Tibbi marketinqdə müvəffəqiyyət tapmaq üçün çox vaxt tələb olunur, lakin səy göstərməyə dəyər.
Həkimlərin digər bir Sosial Media çətinliyi şərhlərə cavab verməkdir. Bu kimi digər çətinlikləri üstələmək üçün Ulusoy Digital Media olaraq Siz dəyərli həkimlərimizin yanındayıq. İstər Sosial Media istərsə də bütün Digital Marketinq fəaliyyətlərinizi bizə əmanət edə bilərsiniz.