DigitalGoogle Ads

Həkimlərin Rəqəmsal Marketinqdə məzmun strategiyası

Həkimlərin Rəqəmsal Marketinqdə məzmun strategiyası.

Məzmun(kontent) marketinqi sözü  ilk dəfə 2001-ci ildə istifadə edilməyə başlandı. Xüsusi hazırlanmış məzmuna təxminən 20 milyard dollar xərcləndi. Təkcə bu məlumat bizə Kontent Marketinqin nə qədər vacib olduğunu izah etməkdədir.

Məzmun marketinqi aktiv və davamlı olaraq paylaşımların edilməsi vasitəsilə potensial müştərilər cəlb etmək və bu müştərilərlə əlaqənizi davamlı olaraq canlı tutmaq mənasına gəlir. Məzmun marketinqindəki əsas məqsəd məhsul və ya xidmətlərinizə olan marağı canlı tutmaq və müştərilərdəki  münasibət və davranışları inkişaf etdirmək deməkdir. Başqa sözlə, Kontent Marketinq Məhsul və ya xidmətlərinizi axtaran müştərilərin qarşısına çıxaraq onları təəccübləndirmək, məlumatlandırmaq, fikirlərini sizin məhsul və ya xidmətlərinizə yönəltmək kimi bir funkisyanı yerinə yetirir.

Məzmun marketinqində nələrə diqqət edilməlidir?

Rəqəmsal Marketinqin bu yönündə görünən odur ki, bir çox tibb müəssiəsi və həkimlər bu sahədə problemlər yaşayırlar və lazım olan diqqəti ya göstərmirlər ya da göstərə bilmirlər. Ən əsas başlanğıc olaraq Google axtarışlarında pasiyentlərinizin qarşısına bir veb saytı ilə çıxa biərsiniz. Əlbəttə ki, yalnız bir veb saytı kifayət deyil. Sosial medianın gücündən istifadə edərək məzmun marketinqini vizual və video şəklində tamamlaya bilərsiniz. Xəstələrinizin müalicə və xəstəliklər haqqında məlumat axtardıqlarını və xəstələrin bu məlumatları əldə etmək üçün axtarış sistemlərindən istifadə etdiyini unutmamalısınız. Həmişə axtarış motorlarında tapıla bilən və dəqiq məlumat verən bir veb saytına hər zaman ehtiyaınız olacaqdır.

Veb saytınızı hər zaman yeniləməli və axtarış nəticələrinə, tələblərə görə bloq yazıları tərtib eməlisiniz. Unutmayın, əgər pasiyentlərinizə doğru məlumatı verirsinizsə və bunu daima dəstəkləyirsinizsə məqalələriniz və videolarınız daha çox oxunub izləniləcəkdir. Lakin, ehtiyaclara cavab verməyən sadəcə Google axtarış motorunda yüksəlmək üçün SEO uyumlu məqalələr tərtib etmək də çıxış yolu deyildir. Bu sizə süni bir yüksəliş verə biləri, ancaq bu yüksəliş qalıcı olmayacaqdır. Google kontenti hazırlayana deyil, sadəcə keyfiyyətli, düzgün məlumat verən yəni, son istifadəçiyə fayda verən kontentləri dəyərləndirir.

İnternetə və rəqəmsal eraya ən tez uyğunlaşan peşə qrupunun həkimlər və tibb müəssiəsinin olduğunu bilirik. Bu məcraları ən aktiv şəkildə istifadə edən yenə həkimlərdir. Bu bizə rəqəmsal agentlik olaraq  bir çox üstünlük verir. Hər şeydən əvvəl çatdırdığımız məlumatları, tətbiq edəcəyimiz texnikaları  başa düşən bilən bir auditoriya ilə işləməliyik. Bu üstünlükdən istifadə edərək, effektiv məzmun marketinqi, seo, veb, Google Ads, facebook, instagram reklamlarında və bütün bu işlərdə  effektiv   uğurlar  əldə edə bilirik.