DigitalGoogle AdsSMM

Həkimlərin Rəqəmsal Marketinqdə Etdiyi 8 Böyük Səhv

SMM Sosyal Media Dizayn FAcebook İnstagram markerinq

HƏKİMLƏRİN RƏQƏMSAL MARKETİNQDƏ ETDİYİ 8 BÖYÜK SƏHV

Apardığımız müşahidələrə və təcrübələrimizə əsasən ölkəmizdə Həkimlər Rəqəmsal Marketinq sferasında heç də yaxşı nəticələnməyən səhvliklərə yol verirlər. Bu səhvlər onlara  zərbə endirərkən ( ən yaxşı halda fayda vermədikdə), digər tərəfdən potensial pasiyentlərini Rəqəmsal Marketinqi düzgün tətbiq edən həkim yoldaşlarına yönəlməsinə bir başa səbəb olurlar. Ortada böyük bir tort var, ya o tortdan siz də bir dilim alacaqsınız ya da kənardan baxmaqla kifayətlənəcəksiniz. Bu qədər Bəsit!

İndi isə aşağıda həkimlərin etdiyi  bu böyük səhvlərin bir neçəsinə nəzər salaq .

1.Hədəf auditoriyanın təyin edilməməsi

Bu, həkimlərin indiki zamanda etdiyi ən böyük səhvlərdən biridir. Hədəf auditoriyanızı təyin etmədən, kampaniyalarınızdan istədiyiniz nəticələrə nail ola bilməzsiniz.

2.Vebsaytın optimallaşdırılmaması

Müşahidələrimiz göstərir ki, həkimlərin veb saytları adətən köhnəlmiş dizaynda, köhnə mövzulardan ibarət, istifadəçilərin ehtiyaclarını təmin etməyən bir formada faydasız olaraq yayımlanmaqdadır. Bilmənizi istədik ki, Veb sayt daha çox diqqət tələb edən bir marketinq platformalarından biridir. Belə ki, istifadəçi təcrübəsini yaxşılaşdırmaq, pasiyentləri məlumatlandırmaq, əyləndirmək və onlara tam xidmət göstərmək üçün həkimlər veb saytlarını yüksək dərəcədə optimallaşdırmalıdırlar.

3. Pasiyentlərdən geri dönüşlərin alınmaması

Çox həkimlərin məmnun pasiyentlərindən rəy istəməmələri etdikləri başqa bir səhvdir. İstifadəçi rəyləri işinizi poza bilər və ya yüksəldə bilər. Ancaq rəylərin olmaması daha da pisdir. Buna görə həkimlər rəylərə daha çox diqqət ayırmalı və məmnun pasiyentlərinin  rəylərini bildirməsinə təşviq etməlidirlər.

4. Nizamsız bloq yazıları

Hər veb sayt müntəzəm olaraq trafikə və ziyarətçilərə ehtiyac duyur, əks halda bu işlərinizi mənfi təsir edə və ya  ləngidə bilər. Bloq yazıları yeni pasiyentlərin yaranmasında böyük rola malikdir: əgər doğru – düzgün idarə edilərsə. Hər həftə 2-3 bloq yazmaq Həkimlərin veb sayt trafikini və pasiyent bazalarını qorumaları üçün çox vacibdir.

5.Marketinqdən çox idarəetməyə fokuslanmaq

Bir çox biznes mütəxəssisləri düşünür ki, idarəetmədən daha çox marketinq barəsində işlər görülməlidir.Bu yeni-yeni müştərilər  cəlb etmək və gəlirləri artırmaq üçün sübut olunmuş bir qayddır. Buna görə də həkimlər və həmçinin klinikalar   səhvlərini dərk etməli, diqqəti dəyişdirməli və işçilərdən daha çox rəqəmsal marketinqə daha çox diqqət  ayırmalı və xərcləməlidirlər.

6. Təkcə Facebooka (və ya İnstagrama) fokuslanmaq

Bu, həkimlərin bu günə qədər etdiyi ən çox yayılmış səhvlərdən biridir. Facebook (ya da İnstagram)  insanları cəlb etmək və auditoriyanı hədəf almaq üçün əla seçimdir. Ancaq sizin yeganə hədəfiniz olmamalıdır.

7. Ənənəvi marketinqə daha çox yüklənmək

Tibb mütəxəssisləri müasir texnologiyadan daha çox faydalanmaqdadırlar. Ancaq təəssüf ki, fərdi miqyasda həkimlər yeni  Digital Marketing texnologiyalardan istifadə etmir və ya tətbiq etmirlər. Marketinqdə əsasən ənənəvi, çap mediasına, TV reklamlarına və digər seçimlərə etibar edirlər. Bir TV proqramında qonaq qısmində xərclədikləri pullar ilə Digital Marketinqdə daha çox işlər görə biilərlər. Bir keçid gətirməli və rəqəmsal marketinqə keçməlidirlər.

8. Kampaniya nəticələrini izləməmək

Nəhayət, kampaniyalara müəyyən qədər çox pullar xərclədiniz, lakin nəticələrə və statistikaya məhəl qoymadınız və ölçmədiniz. Bu da böyük səhvlərdən biridir. Ölçülməyən heç bir kampaniyadan fayda gözləməyin. Çünki ancaq ölçərək hansı kampaniyanızın faydalı, hansının faydasız olduğunu müəyyən edərək, birini bağlayıb digərinə daha çox pul xərcləyib gözəl nəticələr əldə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *