Digital

Tibb müəssisələri və Həkimlərin internetdə nüfuzunu zədələyən 4 amil

SMM Sosyal Media Dizayn FAcebook İnstagram markerinq

Tibb müəssisələri və Həkimlərin internetdə nüfuzunu zədələyən 4 amil.

Pozitiv şərhlər yeni xəstələrin sizə üstünlük verdiyi kimi, neqativ şərhlər də potensial xəstələrinizin sizi seçim etməməsinə səbəb ola bilər. Aşağıda klinikanızın  onlayn nüfuzuna zərər verəcək 4 vəziyyəti sizin üçün tərtib etdik.

       1.Klinikanız lazımlı onlayn platformalarda mövcud deyil və ya aktiv deyil.

Adınızı bir şəkildə öyrənən potensial xəstə haqqınızda daha çox məlumat əldə etmək üçün əvvəlcə adınızı İnternetə yazacaqdır. Klinikanızın axtarış zamanı görünə biləcəyi bir çox veb sayt vardır,  bu saytlarda ya qeydiyyatdan keçin, artıq keçmisinizsə məlumatlarınızı yeniləyin, aktiv olun.

İnternetdə aşağıdakı kimi hallarla qarşılaşmaq xəstələrinizin sizi seçməsinə mane ola bilər;

  • Veb saytınızın olmaması və yenilənməməsi
  • Adınızı müxtəlif  online platformalarında görə bilməməsi
  • Klinikanın ünvanı, iş saatları, telefon nömrəsi ya da veb saytının əskik olması

 

2. Pasiyentləri tətbiq olunduqları müalicələrə aid şərh yazmağa təşviq etməmək

  • Xəstələrdən rəy almaq, uzun müddət xəstə məmnuniyyətinə zərər verici vəziyyətləri müşahidə etmənizə və xəstə məmnuniyyətini yaxşılaşdırmağınıza imkanı verir.
  • Sizin haqqınızda şərh yazılması real həyatdakı nüfuzunuzu  qalıcı bir şəkildə  onlayna daşımağınıza imkan verər, bu vəziyyət klinikanız və sizin üçün  gələcək zamanda çox pasiyent qazanmağınıza imkan yaradar.

Xəstələrdən rəy almaq üçün, müalicədən sonra xəstənin məmnuniyyətinin yüksək olduğunu hiss etdiyiniz zaman sizin haqqınızda şərh yazmasını xahiş edin.

3. Haqqınızdakı müsbət şərhlərə cavab verməmək

Sizin üçün onlayn şərhlər yazan pasiyentlər şəxsi qazancları olmadan- şərh yazırlar. Müsbət şərhlərə cavab vermək, hazırkı xəstənizlə olan münasibətinizi yaxşılaşdırdığı kimi ümumiyyətlə həkim-xəstə münasibətinə üstünlük verən bir həkim olduğunuzu göstərir.

  • Müsbət şərhlərə cavab verərkən Təşəkkürlər (Xəstə adı) kimi qısa bir şərh kifayət edəcəkdir.

** Şərhə cavab verərkən, xəstənin hər hansı şəxsi sağlamlıq məlumatlarını paylaşmadığınızdan əmin olun.

4. Haqqınızdakı mənfi şərhlərə cavab verməmək

Mənfi bir şərh gəldikdə mütləq cavab verin. Statistikaya görə xəstələrin 65% -i həkimlərin onların mənfi şərhlərə cavab vermələrinin çox vacib olduğunu düşünürlər.

Mənfi şərhlərə cavab vermək, müsbət şərhlərə cavab verməkdən daha diqqət tələb edən bir vəziyyətdir. Bu vəziyyətin nüfuzunuza xələl gətirməməsi üçün aşağıda qeyd etdiyimiz amillərə diqqət yetirin;

  • Mümkün olduğu qədər tez, 24 saat ərzində cavab verin. Əgər xəstəniz razı deyilsə, mütləq şikayətinin diqqətə alındığını göstərin.( İndiki və potensial xəstələrinizə bu mövzuda dəqiq və həssas olduğunuzu göstərir)
  • Xəstənin sağlamlığı haqqında heç bir şey yazmayın. (Xəstə öz sağlamlığı haqqında danışsa da müəyyən  standartlardan kənara çıxmayın).
  • Lazım gələrsə, üzr istəyin, ancaq səhvinizi qəbul etməyin (Səhvinizi qəbul etmək etimadınıza ciddi ziyan vurar.)
  • Xəstəni sizinlə telefondan ya da email yolu ilə əlaqə qurması üçün təşviq edib məsələni şərhlərdə davam etdirməyin. (Xəstənizdən xəbər almasanız belə potensial xəstələriniz sizin bir həll yolu tapdığınızı görəcəkdir).