Google Ads

Google Reklamı nədir? 

SMM Sosyal Media Dizayn FAcebook İnstagram marketinq rəqəmsal digital google Ads

Google Reklamı nədir? 

Google Ads: Əvvəlki adıyla Google AdWords, Google axtarış nəticələri, Google ilə əməkdaşlığı olan internet saytlarında və ya YouTube-da reklam vermə şansı təqdim edən onlayn marketinq platformasıdır.  Google reklamları 2000-ci illərin əvvəllərində ortaya çıxdı. Bu gün bir milyondan çox şirkət, şəxs bu reklam kanalından istifadə edir.

Bu blog yazıda, Google reklamlarının necə işlədiyini izah etməzdən əvvəl, mövzu haqqında öyrənməniz gərəkən  əsas maddələrə, keyfiyyət səviyyəsi və təklif strategiyası kimi çox vacib olan anlayışlar haqqında  danışacağıq. Bu marketinq kanalı vasitəsilə hansı reklam növlərinin reklam edilə biləcəyini də izah edəcəyik.

Əvvəlcə niyə Google Ads üzərindən reklam etməlisiniz sualına cavab verək.

Cavab olduqca aydındır. Hər bir şirkət sahibi məhsul və ya xidmətləri ilə əlaqəli daha çox satış etmək, daha çox müştəri cəlb etmək ya da olduğu yerdən  markasını tanımayanlara tanıtmaq istəyir. Üstəlik, bu reklam müddətində ayırdığınız büdcədən istifadə edərək neçə nəfər insanla əlaqə saxladığınızı, nə qədər zəng gəldiyini və nə qədər satış etdiyinizi biləcəksiniz.

Məsələn, onlayn satış etdiyiniz bir saytınız var və məhsullarınızdan qazandığınız xalis qazancın 100 AZN olduğunu düşünün. Buna əlavə olaraq hər 60 AZN reklam xərcindən  1 satış əldə edə biləcəyinizi fərz edin. Belə bir vəziyyətdə reklamsız satışlarınızı kənara qoyduqda, sadəcə 600 AZN-lik reklam xərciylə 1000 AZN əldə etmək və ya 6000 AZN reklam xərciylə 10.000 AZN gəlir əldə etmək firmanız üçün çox şey dəyişdirəcəkdir. Bundan əlavə bu reklam vasitəsi ilə  insanlar artıq markanızı tanıyacağı üçün inkişafınızı da sürətləndirə bilərsiniz.

İndi də eyni nümunəni xidmət sektorunda olan bir firma üçün nəzərdən keçirək. 200 AZN-ə reklam xərci çəkərək 10 dəfə telefon zəngi və ya əlaqə forması əldə etdiyinizi düşünək. Deyək ki bu müraciətlərdən yalnız 20%-i yəni 2-ni xidmətinizə razı sala bildiniz. Bu 2 müştərinin hər birindən xərclər xaricində 150 AZN mənfəət alacağınızı düşünürsək bu işdən qazandığınız ümumi məbləğ 300 AZN olacaq. Nəticə olaraq 200 AZN xərcləyərək 300 AZN qazandığınıza görə uzun müddətdə normalda çatacağınız insan sayısından daha çox potensial müştəriyə çata bilərsiniz.

Yuxarıda göstərilən nümunələri izah etməyimizin məqsədi reklamdan əldə etdiyiniz gəliri sizə göstərmək deyil,  reklam xərclərinizə görə əlinizə keçən gəliri açıq şəkildə görə bilmənizdir. Məhsul və ya xidmətlərinizin dəyəri barədə məlumatınız varsa, Google reklam üçün ayırdığınız mailiyyətin sizə gətirdiyi qazancı dəqiq şəkildə biləcəksiniz.

Məsələnin detallarına başlamazdan əvvəl reklamlar haqqında 2019 ilinə aid bəzi statistikaları paylaşaq.

  • 2019-cu ilin məlumatlarına  görə Google üzərində ayda təxminən 170 milyarddan çox axtarış aparılır
  • Yalnız Google Reklamlarından istifadə edərək 2 milyondan çox internet saytı və mobil tətbiqetmədə reklamlarınızı göstərə bilərsiniz.
  • Kiçik və orta sahibkarlar Google Reklamlarında təxmini olaraq xərclədiyi hər 7 AZN üçün 17 AZN qazanır.
  • Google axtarışlarında edilən kliklərin 40%-i ilk 3 sırada olan reklamlardır
  • Xidmət və ya məhsul almaq üçün aparılan Google axtarışlarının 65%-I reklam nəticələrinə kliklənir. (wordstream)

 

Google Reklam Modelləri

Axtarış  Reklamları

Görüntülü Reklamlar

Alış-veriş Reklamları

Youtube Reklamları

Mobil Reklamlar

SEO və Google Reklamının fərqi nədir?

SEO(Search Engine Optimization) səbr istəyən, uzun müddət təsirli nəticələr əldə edə biləcəyiniz bir sayt araşdırmasıdır. Google Ads-də isə vaxt baxımından bunun əksinə çox sürətli bir formada reklamları başladaraq , saytınıza potensial müştərilərinizi cəlb edə bilərsiniz.

Google Reklam Sistemi

Bəzi şirkətlər Google reklamlarına hər ay milyardlarla pul vəsaiti ayırır, buna bənzər sektorlardakı firmalar bir-biri ilə rəqabət aparır. Ancaq bu rəqabət, sadəcə reklamlar üçün rəqiblərinizdən yüksək büdcələr ayıraraq onlardan daha yaxşı reklam performansı alacağınız mənasına gəlmir. Bu vəziyyətdə istifadəçilərə daha dəqiq bir təcrübə təmin etmək üçün Google tərəfindən yaradılan reklam sistemi işə düşür. Əgər Google Reklam qaydalarına uyğun istifadəçi dostu reklam kampanyaları yaradılırsa və Web Saytınız yaxşı bir infrastruktura sahibdirsə rəqiblərinizdən daha da önə çıxaraq və daha az maliyyə ayıraraq reklam verə bilərsiniz.

Google-da  verilən reklamın xərcləri

Google Reklamlarında, Google reklam xərci tamamilə sizin qərarınızdır. Aylıq ayıracağınız büdcə istər 10 min AZN,istərsə də 500 AZN ola bilər. Ancaq sektorunuza görə dəyişiklik göstərə bilən rəqiblərinizin Google reklam büdcələriylə rəqabət etmək istəyirsinizsə  büdcənizi ona görə tənzimləməniz məntiqli olacaqdır. Google axtarış  reklamlarında yalnız reklamlarınıza istifadəçilər kliklədiyinizdə büdcənizdən xərcləyərsiniz. Reklamlarınız göstərilib ancaq kliklənməzsə büdcənizdən azalma olmayacaqdır. Bunu telefonlardakı kontur kimi düşünə bilərsiniz.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *