Domain adı seçimi üçün 5 Məsləhət

1. Qısa və yadda qalan olmalıdır.
Domain adınız asan oxunub-yazılabilməli və markanız ilə uyumlu olmalıdır.
Domain adınız 15 simvolu keçməməlidir. Belə ki, böyük markalara baxsanız hər zaman qısa və yadda qalan domain adlarına malik olduqlarını görəcəksiniz. (apple.com)

2. Domain adı sonluğu (uzantısı) seçimi.
Ən məşhur domain sonluğu .com”dur. Həmçinin .com”dan sonra ən çox üstünlük verilən sonluq isə .net”dir. Bunlardan əlavə xidmət sahənizə uyğun sonluğu seçə bilərsiniz. Məsələn: .info, .org, .biz və s.

3. Rəsmi marka adlarına diqqət edin.
Tanınmış və qeydiyyata alınmış brendlərin adlarınından faydalanaraq domain adı almaq düzgün deyildir. Məsələn: amazol.com və ya amazop.com domain adı seçdiniz. Domaini alarkən heç bir problem çıxmaya bilər. Ancaq markanız müəyyən bir inkişaf mərhələsinə gəldikdə, müəyən hüquqi problemlərlə rastlaşa bilərsiniz. Çünki domain adınız eyni sektorda olduğunuz amazon.com”u xatırladır.

4. Sosial Media hesabları.
Almaq istədiyiniz domain adını əks etrdirən sosial media hesabları deaktivdirmi, ya da başqa biri tərəfindən götürülməyib ki?! Bunları yoxlamaqda fayda var.

5. Vaxt itirmədən alın.
Domain adı surğuları etdiyiniz zaman bəzən bu sorğularınız izlənə bilinir və bəzi şirkətlər tərəfindən sizə təkrar baha satmaq niyyəti ilə alına bilər.
Həmçinin sizin ağlınıza gələn domain adı başqasının da ağlından keçə bilər.
Domain adı satış xidməti göstərən şirkətlər “ilk gələn alacaq” prinsipi ilə işlədikləri üçün, qərarlı olduğunuz domain adını yuxarıdakı məsləhətləri nəzərə alaraq dərhal alın. Sonra gec ola bilər!