Digital marketinqi ənənəvi marketinqdən ayıran 5 maddə.
Son illərdə dünyada və ölkəmizdə Digital Raklamın həcminin böyük ölçüdə artdığını bilirik; Televiziya, çöl reklamı, radio kimi kanallarla daha geniş bir auditoriyaya çatdığınızı düşünürsünüz. Bəs bu auditoriyanın nə qədəri sizin hədəf auditoriyanızdır? Və hər marka çox böyük bir xərclə kütləvi informasiya vasitələrinə reklam verməyə əlverişlidirmi? İndi gəlin birlikdə dijital marketinqin mənfi və müsbət cəhətləri ilə nədən fərqli olduğuna baxaq.
1. Digital marketinqdə xərclər daha aşağıdır
Digital marketinq ənənəvi marketinqə nisbətdə daha ucuzdur. Ənənəvi marketinqdə yayım kanalları televiziya, qəzet və radio kimi kütləvi informasiya vasitələri olduğu halda, digitalda internet şəbəkəsindən istifadə olunur.
Yayım üçün tenderlərə, çox böyük xərclərə ehtiyacınız yoxdur. Daha doğrusu xərclərinizi öz planlarınız çərçivəsində artırıb azalda bilərsiniz.
2. Hədəf auditoriya ilə əlaqədar nöqtə atışı edilir
Hədəf auditoriyası marketinqin əsas nöqtəsidir. Məhsulunuz və ya xidmətiniz nə qədər yüksək gəlirli görünsə də, düzgün hədəf auditoriyasına çata bilməsəniz nailiyyətiniz aşağı olacaqdır. Digital kanallarda hədəf auditoriyanızı demoqrafik xüsusiyyətlər və maraq sahələrinə görə asanlıqla filtirdən keçirə bilər və nöqtə atışı edə bilərsiniz.
3. Digital marketinqdə statistika və ölçmə asandır
Ənənəvi marketinq kanallarından istifadə edərkən yaranan xərclərin nəticələrini müşahidə etmək olduqca çətindir. Marketinq strategiyanızın çatışmazlıqlarını anlamaq və yaxşılaşdırmaq hər zaman bahalıdır.
Rəqəmsal marketinqdə isə analiz üsulları kampaniyalarınız başladığı andan etibarən əlinizin altındadır. Əgər bir mütəxəssislə çalışırsınızsa büdcənizi daha aşağı tutaraq ən effektiv işi çıxartmağınız mümkündür.
4. Ünsiyyət qurmaq asandır
Digital marketinq vasitəsi ilə müştərilərinizlə aranızda görünməyən əlaqələr qura bilərsiniz. Xüsusilə sosial medianın gücündən istifadə edərək real ünsiyyət şəbəkəsi yarada bilərsiniz. Ənənəvidə isə müştərilərin düşüncələrini öyrənmək daha çətindir.
Müştərilərinizin rəyinə əhəmiyyət verən və buna görə hərəkət etmək istəyən bir markasınızsa və eyni zamanda digital texnologiyaya məhəl qoymursunuzsa bu özü özünü məhv etmək deməkdir.
5. Digital marketinq ilə vaxta qənaət edərsiniz.
İndiki vaxtda hamımızın istəyi bir az daha zaman və işlərin öz həllini tez və qısa zamanda tapmasıdır. Dünyanın rəqəmsallaşdığı və işlərin sürətləndiyi bir dövrdə, marketinq strategiyanızı Digitaldan ayrıq tutmanız heç də ağla batan deyil.Digital marketinqdə ənənəvidən fərqli olaraq ölçmə və analizlər qısa müddətdə nəticə verdiyindən kampaniya fəaliyyətlərinin hər mərhələsində sürətli reaksiya əldə edərsiniz.
Bütün bu fürsətləri eşitdikdən sonra digital marketinqdən faydalanmaq üçün səbirsizliklə gözlədiyinizi bilirik. Ona görə də biz buradayıq!
Digital marketinqin imkanlarını kəşf etdiniz və bir yerdən başlamaq istəyirsiniz. Amma bu iş necə olacaq deyə düşünürsünüz. Budur sizə peşəkarlar olaraq təqdim etdiyimiz xidmətlər və istifadə etdiyimiz vasitələr;
Google Ads-Google Reklamları
Google Ads- axtarış motoru reklamları, görüntülü reklam şəbəkəsi, remarketinq və Youtube reklamları və s olaraq təsnif edilə bilər. Və Google Ads mütəxəssisi ilə markanızın, məhsullarınız və xidmətlərinizin harada görünəcəyi barədə qərar verməyiniz üçün ən yaxşı yol olacaqdır.
Facebook və Instagram Reklamları
Facebook və Instagram Reklamları ilə düzgün auditoriyaya ən sürətli girişi əldə edə bilərsiniz. Məhsul və ya xidmətinizə uyğun olaraq maraqlı reklam kampaniyaları yarada bilər və düzgün konversiyalar əldə edə bilərsiniz.
Nə üçün bir agentliklə işləməliyəm?
Çünki;
Planlaşdırırıq – Doğru media, düzgün hədəf auditoriyası və doğru büdcə ilə bütün detalları planlayırıq.
A/B Testləri edirik –Sizin üçün ən qazanclı yolu tapana qədər tətikdə qalır və sınaqlar edirik.
Ölçürük- Konkret rəqəmlərə bağlı qalaraq anlıq ölçümlərlə irəliləyirik.
Nəzərdən Keçirirk-Əməkdaşlığımız davam edərkən, istək və praqnozlarınız əsasında düzəlişlər və optimallaşdırmalar edirik.
Hesabat veririk-Etdiyimiz bütün işlərdə sizə hesabatlar təqdim edərək inkişafınızı izləyirik.