Biznesinizi  koronavirusundan qorumaq üçün 7 əsas dijital marketinq məsləhəti

SMM Sosyal Media Dizayn FAcebook İnstagram markerinq

1- Vəziyyəti qəbullanın.

Bu dövr şirkətin hədəflərindən, məqsədlərindən yayına biləcəyi  fövqəladə bir dövrdür. Bu vəziyyəti qəbul edin və vahimə yaratmadan  gələcəyi planlaşdırın.

2- Sonrasını planlaşdır.

Online Ticarət, Tibb sektoru kimi  bu dövrdə də aktiv satış edə bilən bir şirkət deyilsinizsə, qısa qısa müddətli satış məqsədli reklam kampanyalarınızı uzun dövrlü marka bilinirliyi kampaniyalarına çevirin. İnsanlar hələ də evdə araşdırmalarını davam etdirir.

3- Güvən Verin

Bütün ticarət etibar, inam üzərinə quruludur. Bu müddət ərzində müştərilərinizlə birlikdə olduğunuz mesajı verin. Onlar ilə canlı konfranslar edin. Uzaqdan dəstək verin.

4- Bağlı qalın

Koronavirusu ilə əlaqədar həyəcanverici axtarışların və bugünkü əsas ehtiyacların yanında yeni avtomobil, yeni idman ayaqqabı, yeni ev araşdırmağa davam edirlər. Bu tədqiqat müddətində onlara lazım olan məlumatları verin. Onlara sadə videolar hazırlamaq və göndərmək gözəl nəticələr verə bilər.

5- Müştərilərinizə uzaqdan xidmət vermək üçün kanallar planlaşdırın.

Onlayn “məhsul təlimləri” təşkil edin. Məhsullarınızı ünvanlarına çatdırmaq, mümkünsə xidmətinizi digital kanallar ilə təqdim etmək, işinizin davamlılığını təmin edə bilər. Müştərilərinizin gələcək planlarına qulaq asın və gələcək planlarında yer tutun.

6- Gecikdirdiyiniz investisiyalara, planlara vaxt ayırın

Axtarış motoru optimallaşdırılması (SEO), sosia media hesablarınızı optmallaşdırmaq, yeni bir video çəkmək, yeni bir internet saytı, e-ticarət saytı qurmaq kimi həmişə düşündüyünüz amma zaman ayıra bilmədiyiniz planlarınızı həyata keçirmək üçün doğru zaman bu gün ola bilər.

7- Məlumatları incələmək üçün zaman ayırın

Keçmiş marketinq işlərinizi gözdən keçirin. Statistikaya baxın. Səhvlərinizi qeyd edin. Vəziyyət normal olduqdan sonra daha güclü marketinq kampaniyaları üçün bu məlumatlardan faydalanın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *