Axtarış Sistemi Marketinqi (SEM)

Axtarış Sistemi Marketinqi (SEM)

SEO anlayışından sonra adını tez-tez eşitdirməyə başlayan bir digər digital anlayış, SEM-dir. SEM nədir? SEO ilə fərqlilikləri olmasına baxmayaraq SEM(veb saytlarda reklam) , eyni məqsədi daşıyır. İkisinin də məqsədi axtarış motorlarında, ilk sıralarda olmaqdır. Xüsusilə Google’da .

Qısaca SEM nədir?

Axtarış motorları, axtardıqlarımızı ən sürətli və asan yoldan tapmağımızı təmin edən vasitələrdir. Bir axtarış etdikdə qarşınıza iki nəticə çıxır. Təbii axtarış nəticələri  və ödənişli axtarış nəticələri. Burada ödənişli axtarış nəticələri, Axtarış Sistemi Marketinqi  ilə qarşımıza çıxmaqdadır.

SEM sözünün açılımı Search Engine Marketingdir. Yəni, axtarış motoru Marketinqi olaraq dilimizdə qarşılığını tapır. Texniki bir ifadə ilə açıqlamaq lazım olsa, axtarış motorlarında görmüş olduğunuz reklamlar vasitəsiylə üst sıralarda görünmək hədəflənən bir digital marketinq üsulu olaraq görülə bilər. Axtarış motorları qaydalarına görə hazırladığınız reklamlar (mətn reklamaları, görüntülü reklam, video reklamları və s.) sayəsində web saytınızın bilinirliyini artıra bilərsiniz. İndiki vaxtda daha çox elektron ticarət saytlarının SEM-dən istifadə etdiyini görə bilərsiniz. Google Ads  reklamları SEM-in bir hissəsidir. Google Ads  ilə istədiyiniz hədəflərə və kütlələrə daha rahat və asan bir şəkildə çata bilərsiniz. Beləliklə, satışlarınızı artıra bilərsiniz. Əgər, yeni bir müəssisə sahibisinizsə, markanızın bilinirliyini asanlıqla  artıra bilərsiniz.

Axtarış Motoru Marketinqi ilə mövcud müştərilərinizin marağını artıra bildiyiniz kimi (səbətdən qaçanlar, geri qayıdanlar, satın alma mərhələsində imtina edənlər kimi) yeni müştəri hədəfləriniz mövzusunda da uğur qazana bilərsiniz – Remarketinq.  SEM (axtarış reklamı) üçün yüksək xərclərə də ehtiyac duymazsınız. Əgər, böyük bir firmasınızsa əlbəttə, digər müəssisələrə və ya markalara görə daha yüksək xərcləriniz olsa da, doğru bir SEM çalışması ilə xərclədiyiniz xərcin qatı qədər mənfəət əldə edə bilərsiniz. SEM, SEO-ya görə daha qısa müddətdə nəticə verəcəkdir. Ancaq ikisinin birləşməsi daha təsirli nəticələr verir.

SEM içərisində tez-tez  eşidəcəyiniz anlayışlar, PPC (klik başına ödəmə) və CPC (klik başı mailiyyət) olacaqdır. SEM üçün Google Ads ilə yanaşı Bing Elanları kimi vasitələr də var. Remarketinq, mobil hədəf və ya coğrafi hədəf üçün bu ödənişli reklamlardan faydalana bilərsiniz. Markanıza aid kampaniyaların və ya fürsətlərin təsirli bir şəkildə çatdırılması üçün də SEM-in olduqca faydalı bir üsul olduğu unudulmamalıdır.

SEM (Axtarış motorları marketinqi) sizə nə kimi  töhfə verir? 

Search Engine Marketing əvvəlcə hədəf auditoriyanızı müəyyənləşdirmək üçün bir çox alternativ təklif edir. Saytlardan çəkilən cookies məlumatları (cookies) vasitəsiylə, yalnız istədiyiniz yaş qrupuna, peşə vəziyyətinə və ya coğrafi məkana görə reklamları göstərmə imkanı tanıyır. Reklamlar, çatmasını istədiyiniz şəxslərə çatar və web saytınıza da  sizin istədiyiniz ziyarətçi auditoriyasından ibarət edə bilərsiniz. Yalnız yaşadığınız bölgəylə məhdud qalmaq məcburiyyətində deyilsiniz.

Axtarış motorları marketinqi (veb saytlarda reklam) seçimlərinizdə sizə kömək etmək üçün aşağıdakı variantları təqdim edirik.

Google: Google-un axtarış motoru marketinqində  təmin etdiyi xidmətin adı Google Ads-dir (Adwords).

Yandex: Yandex, axtarış motorları marketinqində istifadəçilərinə Yandex Direct xidmətini göstərmişdir.

Bing: Bing istifadəçilərinə Bing.ads xidmətini təqdim edir.

Bu axtarış sistemlərindən Azərbaycanda ən çox istifadə edilən Google”dur, Təxminən 90 % dən yuxarı!

 

Nə üçün Axtarış Sistemi Marketinqi ?

Saytınız, məhsul və ya xidmətinizi, məqalələrinizi sosial media üzərində və digər əməliyyatlar ilə təbliğ edə bilərsiniz. Ancaq yüksək trafikə ehtiyac duyduğunuz zamanlarda, reklam gəliri əldə etmək, satış mərkəzli işləri artırmaq kimi ehtiyaclarınızı axtarış motoru marketinqi ilə həll edə bilərsiniz.

Gündəlik həyatda hamımız lazım olan məlumatları axtarış motorları vasitəsi ilə tez əldə edirik. Çox sayda istifadəçiyə sahib olan bu platformada Axtarış Sistemi Marketinqi ilə ehtiyacınız olan hədəf auditoriyasına çatmaq mümkündür.

Axtarış Sistemi Marketinqinin faydaları?

  • İdarə etməsi asan bir platformaya sahib olan Axtarış Sistemi Marketinqi sizə sürətli trafik təmin edir.
  • Saytınızın görünürlüğünü artıraraq marka şüuru yarada bilərsiniz.
  • Hədəf auditoriyanızı, müəyyənləşdirdiyiniz şərtlərdə aşağı qiymətlərlə əldə etməyə imkan verir.
  • Reklamların hakimiyyəti sizdədir. İstədiyiniz zaman bu barədə dəyişiklik edə bilərsiniz.
  • Xərcləmiş olduğunuz reklam xərclərini analiz edə bilər və gəlirlilik, reklam fəaliyyəti və analizi kimi bir çox məlumat əldə edərsiniz.
  • Açar sözlərin köməyi ilə hər hansı axtarış nəticələrini müəyyən edə bilərsiniz.

SEM üçün büdcə yaradılmasını necə edəcəyiniz , SEM (veb saytlarda reklam) içərisindəki reklamları necə idarə edəcəyiniz və ya necə yaradacağını sizdə sual yarada bilər. Əslində, bu reklamları özünüz yarada bilərsiniz, ancaq meydana gətirdiyiniz reklamları idarə etmə mövzusunda və ya doğru hədəfləmə mövzusunda uğursuz ola bilərsiniz. Necə ki bir məhsulun marketinqi üçün bir marketinq mütəxəssisinə ehtiyac duyursunuzsa, bunun üçün də bir SEM mütəxəssisi və ya digital marketinq mütəxəssisinin dəstəyini almaq lazımdır.  Ulusoy Digital Media olaraq, Sizlərin xidmətinizdəyik. Əgər çətinliyiniz yaranarsa bizə müraciət edə bilərsiniz!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *